Klaas-Yan Huntelar karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Klaas-Yan Huntelar karyerasını bitirəcəyi vaxtı açıqlayıb

Niderlandın “Ayaks” klubunun futbolçusu Klaas-Yan Huntelar karyerasını btirəcəyi vaxtı açıqlayıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı futbolçu cari mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb:

“Düşünürəm ki, bu, mənim sonuncu mövsümüm olacaq. Daha rahat həyat yaşamaq, ailəmlə birlikdə olmaq istəyirəm. Bəlkə, məşqçi sertifikatı da alaram”.

“Real”, “Milan”, “Şalke” kimi komandaların formasını geyinən futbolçu Niderland millisinin də şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə