PSJ doğma meydanda uduzub, “Lill” “Bordo”ya qalib gələrək zirvəyə yüksəlib
Futbol üzrə Fransa çempionatında 14-cü tura yekun vurulub.
SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Nitsa” evdə “Renn”ə uduzubsa, “Brest” “Reyms”i, “Loryan” “Nim”i məğlub yola salıb. “Nant” – “Dijon” və “Strasburq” – “Mets” matçlarında qalib müəyyənləşməyib.
Turun mərkəzi görüşü Parisdə keçirilib. Lider PSJ doğma meydanda Lion “Olimpik”ini sınağa çəkib. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəliblər. “Lill” də “Bordo” üzərində qələbə sayəsində zirvəyə yüksəlib. Hazırda “Lill” və Lion “Olimpik”i 29 xalla ilk iki pilləni bölüşürlərsə, PSJ üçüncü sıraya enib.
Fransa Liqa 1
14-cü tur
13 dekabr
Nitsa – Renn 0:1
Qol: Nyanq, 28.
Brest – Reyms 2:1
Qol: Honorat, 30. Munye, 77 – Zeneli, 65.
Loryan – Nim 3:0
Qol: Boysqard, 2. Hamel, 29. Vissa, 90.
Nant – Dijon 1:1
Qol: Simon, 24-pen – Konate, 54.
Strasburq – Mets 2:2
Qol: Simakan, 66. Tomasson, 78 – Bronn, 35-pen. Nquette, 70.
Lill – Bordo 2:1
Qol: Bamba, 17. Fonte, 45 – Basiç, 29.
PSJ – Olimpik (Lion) 0:1
Qol: Kadevere, 35.
11 dekabr
Sent-Etyen – Anje 0:0
12 dekabr
Olimpik (Marsel) – Monako 2:1
Qol: Toven, 5. Benedetto, 13 – Ben Yedder, 79-pen.
Lans – Monpelye 2:3
Qol: Omlin, 36-öz qapısına. Kakuta, 50-pen – Mavididi, 16. Mendes, 26. Laborde, 69.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB