Futbol üzrə Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.
SİA xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Cari mövsümdə qələbəyə həsrət qalan “Şalke” bu dəfə “Auqsburq” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
“Bayer” isə doğma meydanda “Hoffenhaym”la münasibətlərinə aydınlıq gətirib. Bol qollu matçda darmadağına sevinən Leverkuzen təmsilçisi “Bavariya”nın xal itkisindən maksimum yararlanaraq zirvəyə yüksəlib.
Almaniya Bundesliqası
11-ci tur
13 dekabr
Auqsburq – Şalke 2:2
Qol: S.Serdar, 32-öz qapısına. Rixter, 90+3 – Raman, 52. Bujellab, 61.
Bayer – Hoffenhaym 4:1
Qol: Beyli, 4; 27. Virts, 55. Alario, 90+1-pen – Baumqartner, 50.
11 dekabr
Volfsburq – Ayntraxt 2:1
Qol: Veqorst, 76-pen; 88 – Dost, 62-pen.
12 dekabr
Frayburq – Arminiya 2:0
Qol: Qrifo, 79-pen. Yonq, 90+2.
Leyptsiq – Verder 2:0
Qol: Sabitser, 26-pen. Olmo, 41.
Maynts – Köln 0:1
Qol: Rexbeçay, 55.
Borussiya (Münhenqladbax) – Herta 1:1
Qol: Embolo, 70 – Gunduzi, 47.
Borussiya (Dortmund) – Ştutqart 1:5
Qol: Reyna, 39 – Vamanqituka, 26-pen; 53. Forster, 53. Kulibali, 63. Qonsales, 90+1.
Yunion – Bavariya 1:1
Qol: Promel, 4 – Levandovski, 68.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB