Tanınmış xorvatiyalı baş məşqçi koronavirusdan vəfat edib

Tanınmış xorvatiyalı baş məşqçi koronavirusdan vəfat edib

Tanınmış xorvatiyalı baş məşqçi Otto Bariç vəfat edib.

SİA-nın məlumatına görə, balkanlı mütəxəssisin ölümünə koronavirus səbəb olub.

87 yaşında dünyasını dəyişən Bariç xəstəliklə mübarizədən məğlub ayrılıb. 1952-63-cü illərdə futbolçu kimi çıxış etmiş xorvatiyalı 1964-2007-ci illərdə məşqçi kimi fəaliyyət göstərib.

1997-99-cu illərdə qardaş Türkiyədə “Fənərbaxça”nı çalışdıran balkanlı karyerası ərzində bir sıra klublara və üç yığmaya rəhbərlik edib. O, müxtəlif illərdə Xorvatiya, Albaniya və Avstriya millisinin “sükanı arxası”nda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə