Kriştiano Ronaldo “Böyük beşlik” liqalarında 400-cü qələbəsini qazanan ilk futbolçu olub

Kriştiano Ronaldo “Böyük beşlik” liqalarında 400-cü qələbəsini qazanan ilk futbolçu olub

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo “Böyük beşlik” liqalarında 400-cü qələbəsini qazanıb.

SİA-nın məlumatına görə, portuqaliyalı üçün A seriyasının “Cenoa” ilə görüşü yubileylə əlamətdar olub.

O, 2000-ci ildən sonrakı dövrdə “Böyük beşlik”də 400 qələbə qazanan ilk oyunçu kimi tarixə düşüb. Bu göstəricidə ikinci pillədə Lionel Messi qərarlaşıb. “Barselona”nın argentinalı ulduzunun aktivində 365 qələbə var.

Ronaldonun “Yuventus”dakı komanda yoldaşı Canluici Buffon ilk “üçlüy”ü qapayır. Qapıçının aktivində 350 uğur var.

Qeyd edək ki, “Cenoa” üzərində 3:1 hesablı qələbədə Ronaldo iki penalti ilə pay sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə