Azərbaycan gimnastları Polşada gümüş və bürünc medallar qazanıblar

Azərbaycan gimnastları Polşada gümüş və bürünc medallar qazanıblar

Bu həftəsonu Polşanın paytaxtı Varşava şəhərində “Irina Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, bədii gimnastlarımız bu turnirdə komanda hesabına çoxnövçülükdə iki medal yazdırmağı bacarıblar.

Yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasında iştirak etmiş Leyli İsmayılova fəxri kürsünün ikinci pilləsinə yüksəlib, Məryam İonis isə bürünc medala layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə