İlin ən yaxşı baş məşqçisi adına 3 namizəd qaldı

İlin ən yaxşı baş məşqçisi adına 3 namizəd qaldı

FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yenilənmiş siyahısını açıqlayıb. SİA xəbər verir ki, "The Best" mükafatına iddialıların sayı 3-ə endirilib.

Bunlar İngiltərə "Liverpul"undan Yurgen Klopp, "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Flikdir.

Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir onlayn formatda təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə