“Neftçi” Azərbaycan çempionudur

“Neftçi” Azərbaycan çempionudur
Futbol üzrə Unibank Premyer Liqasının sonuncu – 32-ci turu çərçivəsində növbəti oyunlar keçirilib.

SİA-nın verdiyi xəbərə görə, Şüvəlan qəsəbəsindəki "AZAL" stadionunda Bakının AZAL klubu Ağdamın "Qarabağ" komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyun AZAL-ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hakim Fariz Yusifovun idarə etdiyi oyunda qolları AZAL-ın heyətində Mensur Limani, Mirko Bunyevçeviç, Enya Krastovçev rəqib komandadan isə George Adamiya vurublar.

Turun digər oyunu Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" (Bakı) və "Xəzər-Lənkəran" komandaları arasında keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb. "Neftçi"nin heyətində Cavid İmamverdiyev, rəqib klubdan isə Julius Vobay fərqləniblər.

Unibank Premyer Liqasının 29-cu turundan çempionluğu təmin edən "Neftçi" turnir cədvəlində 67 xalla birinci olub.

Oyun başa çatdıqdan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi"nin kapitanı Rail Məlikova çempionluq kubokunu təqdim edib.

Altıncı dəfə ölkə çempionu olan "Neftçi"nin qalibiyyəti münasibətilə atəşfəşanlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com