UEFA Avropa Liqasının 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

SİA xəbər verir ki, növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanan kollektivlərdən 12-si qrup qalibi, 12-si ikinci yeri tutan kollektivlərdir. Daha 8 komanda isə UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutanlardır.

1/16 finalda eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcəklər.

Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin püşkatması dekabrın 14-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.

Səpələnmişlər

Ayaks (Niderland)

Brügge (Belçika)

Mançester Yunayted (İngiltərə)

Şaxtyor (Donetsk, Ukrayna)

Roma (İtaliya)

Arsenal (İngiltərə)

Bayer (Almaniya)

Reyncers (Şotlandiya)

PSV (Niderland)

Napoli (İtaliya)

Lester (İngiltərə)

Milan (İtaliya)

Vilyarreal (İspaniya)

Tottenhem (İngiltərə)

Dinamo (Zaqreb, Xorvatiya)

Hoffenhaym (Almaniya)

Səpələnməmişlər

Dinamo (Kiyev, Ukrayna)

Krasnodar (Rusiya)

Olimpiakos (Yunanıstan)

Zaltsburq (Avstriya)

Yanq Boyz (İsveçrə)

Molde (Norveç)

Slaviya (Çexiya)

Benfika (Portuqaliya)

Qranada (İspaniya)

Real Sosyedad (İspaniya)

Braqa (Portuqaliya)

Lill (Fransa)

Makkabi (Təl-Əviv, İsrail)

Antverpen (Beçlika)

Volfsberger (Avstriya)

Srvena Zvezda (Serbiya)

Bütün xəbərlər Facebook səhifəmizdə