Məhəmməd Salah bir qolla “Liverpul”un iki rekordunu yeniləyib

Məhəmməd Salah bir qolla “Liverpul”un iki rekordunu yeniləyib
Məhəmməd Salah "Liverpul"un tarixinə düşüb. SİA-nın məlumatına görə, misirli hücumçu İngiltərə klubunun iki rekordunu yeniləyib. Çempionlar Liqasının qrup mərhələsinin VI turunun "Midtülland"la hazırda davam edən matçında Salah 55-ci saniyədə danimarkalıları məyus edib. Bu, "Liverpul"un qitənin ən nüfuzlu klub turnirində ən erkən qoludur. Bu, Məhəmmədin Çempionlar Liqasında "Liverpul" formasında vurduğu 22-ci qol olub. Afrikalı forvard bununla da Stiven Cerrardın rekordunu keçərək klubun ən yaxşı bombardiri adına yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə