AFFA klublarla növbəti iclas keçirdi

AFFA klublarla növbəti iclas keçirdi

AFFA-nın təşəbbüsü ilə AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.

SİA-nın məlumatına görə, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və digər AFFA rəsmiləri iştirak ediblər.

Toplantıda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirə olunmuş məsələ ilə bağlı qərar Peşəkar Futbol Liqası tərəfindən qəbul olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə