İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni rekorda imza atıb.
SİA-nın məlumatına görə, 33 yaşlı hücumçu qrup mərhələsinin VI turunda evdə İtaliya "Yuventus"u ilə matçda qapıya 11 zərbə vurub və bunlardan 7-si çərçivəyə düşüb.
2003/2004 mövsümündən bəri ilk dəfə bir oyunçu hədəfə bu qədər zərbə endirib, lakin qol vura bilməyib.
Qeyd edək ki, qarşılaşmada 3:0 hesabı ilə qələbə qazanan "Yuventus" qrup lideri kimi 1/8 finala yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB