PSJ - "Başakşehir" matçı ilə bağlı araşdırma aparılacaq UEFA

PSJ - "Başakşehir" matçı ilə bağlı araşdırma aparılacaq UEFA

Fransada PSJ və Türkiyənin "Başakşehir" komandaları arasındakı Çempionlar Liqasının VI tur matçında baş vermiş insident araşdırılacaq. SİA-nın məlumatına görə, bu barədə UEFA rəsmi tvitter hesabından paylaşım edib.

Avropa futbol qurumu hadisədən xəbərdar olduqlarını və hərtərəfli araşdırma aparacaqlarını bildirib: "İrqçiliyin və hər cür ayrıseçkiliyin futbolda yeri yoxdur".

Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Matçı bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə