PSJ futbolçusu Xese Rodrigesi seks qalmaqalına görə komandadan göndərib

PSJ futbolçusu Xese Rodrigesi seks qalmaqalına görə komandadan göndərib
PSJ-nin futbolçusu Xese Rodrigesin müaviləsinə xitam verməsinin səbəbi bəlli olub. SİA "The Sun"a istinadən xəbər verir ki, Paris təmsilçisi ispaniyalı hücumçunu klubun imicinə xələl gətirdiyi üçün göndərib. Mənbə bildirir ki, futbolçunun şəxsi həyatının müntəzəm olaraq tok-şoularda müzakirə olunması klub rəhbərliyini narahat edib. Xese 2018-ci ildə övladlarının anası olan Ayron Ruizlə ayrılıb. Cütlük futbolçunun sevgilisinə onun rəfiqəsi ilə xəyanət etməsinə görə ayrılıb. Son aylarda Xese Rodrigesin seks qalmaqalları televiziya və mediada gündəmi zəbt etdiyindən klub onunla müqaviləni pozub. Qeyd edək ki, 27 yaşlı futbolçu 2016-cı ildə "Real"dan PSJ-yə keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə