"Sport Time" verilişində futbolumuzun hansı problemləri müzakirə olunacaq? - ANONS

"Sport Time" verilişində futbolumuzun hansı problemləri müzakirə olunacaq? - ANONS

Bu gün saat 16:00-da Səs TV-nin efirində "Sport Time" verlişinin aparıcısı İlkin Abbasovun qonağı FİFA dərəcəli beynəlxalq agent Vagif Heydərli olacaq. Verilişdə aşağıdakı suallara cavab axtarılacaq;
- Futbolçularımız niyə xarici çempionatlarda legioner kimi çıxış edə bilmirlər?
- Xarici klublarda çıxış edən futbolçularımız niyə qısa zamandan sonra ölkəyə geri dönürlər?
- Məşqçilərimiz Avropa klublarını çalışdırmaq üçün nələr etməlidirlər?
Bu mövzularla bağlı əlavə suallarınızı Səs TV-nin Feysbuk səhifəsində və Ses TV Yutub kanalında yazaraq birbaşa efirdə qonağa ünvanlaya bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə