Azərbaycan Premyer Liqası ilə bağlı videokonfrans olacaq

Azərbaycan Premyer Liqası ilə bağlı videokonfrans olacaq

AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.

SİA-nın məlumatına görə, toplantı milli assosiasiyanın təşəbbüsü əsasında gerçəkləşəcək.

İclas koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması fonunda çağırılıb.

Tədbir bu gün saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə