"Vilyarreal" "Qarabağ"la oyun öncəsi heç-heçə etdi

"Vilyarreal" "Qarabağ"la oyun öncəsi heç-heçə etdi

"Vilyarreal" klubu İspaniya La Liqasının XII turunda "Elçe"ni qəbul edib. SİA-nın məlumatına görə, "Estadio de la Keramika" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Bu nəticədən sonra "Vilyarreal" 12 oyundan 21 xalla 3-cü, "Elçe" 10 matçdan 14 xalla 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, "Vilyarreal" növbəti oyununu dekabrın 10-da keçirəcək. Həmin gün Avropa Liqasının I qrupunun VI tur matçına təsadüf edəcək görüşdə rəqib "Qarabağ" olacaq. "Estadio de la Keramika"da baş tutacaq matç saat 00:00-da başlanacaq. Son tur öncəsi "Vilyarreal" 13 xalla lider kimi 1/16 finala vəsiqəni təmin edib. "Qarabağ"ın isə 1 xalla axırıncı pillədə qalacağı dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə