İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir - NƏTİCƏLƏR

İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir - NƏTİCƏLƏR

Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.

Səfərdə “Osasuna” ilə qarşılaşan “Betis” inamlı qələbəyə sevinib.

Altı qolun qeydə alındığı “Qranada” – “Hueska” matçında qalib müəyyənləşməyib.

Lider “Real Sosyedad” bu tur çərçivəsində “Alaves” səfərinə yollanıb. Bu oyunda qapılara qol vurulmayıb. Nəticədə liderlik Madrid “Atletiko”suna keçib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vilyarreal” da “Elçe” ilə oyundan qolsuz bərabərliklə ayrılıb.

İspaniya La Liqası

12-ci tur

6 dekabr

Qranada – Hueska 3:3

Qol: Suares, 43. Molina, 88. Sançes, 90 – Riko, 21. Qarsiya, 49. Okazaki, 82.

Osasuna – Betis 0:2

Qol: İqlesias, 76. Miranda, 90+1.

Vilyarreal – Elçe 0:0

Alaves – Real Sosyedad 0:0

4 dekabr

Atletik – Selta 0:2

Qol: Mallo, 61. Aspas, 78.

5 dekabr

Levante – Xetafe 3:0

Qol: Rocer, 5. Qomes, 17. De Frutos, 57.

Sevilya – Real 0:1

Qol: Bono, 55-öz qapısına.

Atletiko – Valyadolid 2:0

Qol: Lemar, 56. Lyorente, 72.

Kadis – Barselona 2:1

Qol: Ximenes, 8. Neqredo, 63 – Alkala, 57-öz qapısına.

7 dekabr

00:00 Eybar – Valensiya

Bütün xəbərlər Facebook səhifəmizdə