“Napoli” 4 cavabsız qola sevinib, “Milan” isə səfərdə “Sampdoriya”ya qalib gəlib

“Napoli” 4 cavabsız qola sevinib, “Milan” isə səfərdə “Sampdoriya”ya qalib gəlib

Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar gününə altı matç planlaşdırılsa da, “Udineze” – “Atalanta” matçı baş tutmayıb.

“Verona” – “Kalyari” matçında qalib müəyyənləşməyib. “Roma” – “Sassuolo” və “Parma” – “Benevento” görüşlərində ümumiyyətlə qapılara qol vurulmayıb.

Səfərdə “Krotone” ilə qarşılaşan “Napoli” 4 cavabsız qola sevinib. Lider “Milan” isə bu dəfə səfərdə “Sampdoriya”ya qalib gəlib.

İtaliya A Seriyası

10-cu tur

6 dekabr

Verona – Kalyari 1:1

Qol: Zakkayni, 21 – Marin, 48.

Udineze – Atalanta matçı təxirə salınıb

Roma – Sassuolo 0:0

Parma – Benevento 0:0

Krotone – Napoli 0:4

Qol: İnsinye, 31. Lozano, 58. Demme, 76. Petanya, 90+1.

Sampdoriya – Milan 1:2

Qol: Ekdal, 83 – Kessye, 45-pen. Kastilyexo, 77.

5 dekabr

Spetsiya – Latsio 1:2

Qol: Nzola, 64 – İmmobile, 15. Milinkoviç-Saviç, 33.

Yuventus – Torino 2:1

Qol: Makkenni, 78. Bonuççi, 89 – Nkulu, 9.

İnter – Bolonya 3:1

Qol: Lukaku, 16. Hakimi, 45; 70 – Viqnato, 67.

7 dekabr

23:45 Fiorentina – Cenoa

Bütün xəbərlər Facebook səhifəmizdə