“Mançester Siti” “Fulhem”ə, “Mançester Yunayted” isə “Vest Hem”ə qalib gəlib

“Mançester Siti” “Fulhem”ə, “Mançester Yunayted” isə “Vest Hem”ə qalib gəlib

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Turun açılış matçında “Bernli” doğma meydanda “Everton”u qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. “Mançester Siti” bu turda “Fulhem”lə, “Mançester Yunayted” isə “Vest Hem”lə qarşılaşıb. Mançesterin hər iki təmsilçisi turu qələbəylə başa vurub. “Çelsi” də evdə “Lids” üzərində əzmkar qələbəyə sevinib.

Bu tur keçirilməli olan “Aston Villa” – “Nyukasl” matçı qonaq komandanın heyətində bir neçə futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

İngiltərə Premyer Liqası

11-ci tur

5 dekabr

Bernli – Everton 1:1

Qol: Breydi, 3 – Kalvert, 45+3.

Mançester Siti – Fulhem 2:0

Qol: Sterlinq, 5. De Breyne, 26.

Vest Hem – Mançester Yunayted 1:3

Qol: Souçek, 38 – Poqba, 65. Qrinvud, 68. Reşford, 78.

Çelsi – Lids 3:1

Qol: Jiru, 27. Zuma, 61. Pulişiç, 90+3 – Bemford, 4.

6 dekabr

16:00 Vest Bromviç – Kristal Pelas

18:15 Şeffild Yunayted – Lester

20:30 Tottenhem – Arsenal

23:15 Liverpul – Vulverhempton

7 dekabr

00:00 Brayton – Sauthempton

Bütün xəbərlər Facebook səhifəmizdə