“Real” səfərdə “Sevilya”nı məğlub edib, “Barselona” isə “Kadis”ə uduzub

“Real” səfərdə “Sevilya”nı məğlub edib, “Barselona” isə “Kadis”ə uduzub

Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü dörd görüş baş tutub.

“Levante” “Xetafe”ni darmadağınla yola salıb. “Atletiko” da “Valyadolid”lə ev oyununda inamlı qələbəyə sevinib. Turun mərkəzi görüşündə “Real” səfərdə “Sevilya” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyunda minimal hesabla üstün olub. “Barselona” isə “Kadis”in qonağı olub və məğlubiyyətlə üzləşib.

İspaniya La Liqası

12-ci tur

5 dekabr

Levante – Xetafe 3:0

Qol: Rocer, 5. Qomes, 17. De Frutos, 57.

Sevilya – Real 0:1

Qol: Bono, 55-öz qapısına.

Atletiko – Valyadolid 2:0

Qol: Lemar, 56. Lyorente, 72.

Kadis – Barselona 2:1

Qol: Ximenes, 8. Neqredo, 63 – Alkala, 57-öz qapısına.

4 dekabr

Atletik – Selta 0:2

Qol: Mallo, 61. Aspas, 78.

6 dekabr

17:00 Qranada – Hueska

19:15 Osasuna – Betis

21:30 Vilyarreal – Elçe

00:00 Alaves – Real Sosyedad

7 dekabr

00:00 Eybar – Valensiya

Bütün xəbərlər Facebook səhifəmizdə