“Yuventus” doğma meydanda “Torino”nu, “İnter” isə “Bolonya”nı məğlub edib

“Yuventus” doğma meydanda “Torino”nu, “İnter” isə “Bolonya”nı məğlub edib

Futbol üzrə İtaliya A Seriyasında 10-cu tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında “Latsio” səfərdə “Spetsiya” ilə üz-üzə gəlib və çətin qələbəyə sevinib.

Turun derbi görüşü Turində keçirilib. Son çempion “Yuventus” bu tur çərçivəsində doğma meydanda “Torino”nu qəbul edib. Derbi meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

“İnter” isə “Bolonya”nı sınağa çəkib. Milanlılar doğma meydanda inamlı qələbə qazanıblar.

İtaliya A Seriyası

10-cu tur

5 dekabr

Spetsiya – Latsio 1:2

Qol: Nzola, 64 – İmmobile, 15. Milinkoviç-Saviç, 33.

Yuventus – Torino 2:1

Qol: Makkenni, 78. Bonuççi, 89 – Nkulu, 9.

İnter – Bolonya 3:1

Qol: Lukaku, 16. Hakimi, 45; 70 – Viqnato, 67.

6 dekabr

15:30 Verona – Kalyari

18:00 Udineze – Atalanta

18:00 Roma – Sassuolo

18:00 Parma – Benevento

21:00 Krotone – Napoli

23:45 Sampdoriya – Milan

7 dekabr

23:45 Fiorentina – Cenoa

Bütün xəbərlər Facebook səhifəmizdə