UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb - "Qarabağ" neçəncidir

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

SİA xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”ın mövqeyində dəyişikliklər olub.

Aktivində 21,000 xal olan Ağdam təmsilçisi geriləyib. Ötən həftə Niderlandın “Feyenoord” və Rumıniyanın “Styaua” klubu ilə birlikdə 65-67-ci yerləri bölüşən Qurban Qurbanovun kollektivi İstanbulda Təl-Əviv “Makkabi”si ilə 1:1 hesablı heç-heçədən sonra artıq 66-68-ci yerləri əvvəlki şərikləri ilə bölür. Təmsilçimiz “Alkmaar”dan geri düşüb. Niderlandlıların 21,500 xalı var.

Qeyd edək ki, reytinqə 125,000 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə