"Keşlə"də 10 futbolçuda koronavirus aşkarlandı

"Keşlə" klubunda 10 futbolçu koronavirusa yoluxub.

SİA-nın məlumatına görə, bu, sonuncu testlərdən sonra müəyyənləşib. Adları açıqlanmayan oyunçular karantinə alınıb.

Qeyd edək ki, "Keşlə" Azərbaycan Premyer Liqasının XII turunda dekabrın 5-də "Səbail"lə qarşılaşmalı idi, lakin görüş qeyri-müəyyən müddətə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə