Avropa Liqası: Həftənin futbolçusu adına türk namizəd

UEFA Avropa Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

SİA-nın məlumatına görə, bu ada Fransa "Lill"indən Burak Yılmaz, Norveç "Molde"sindən Maqnus Eykrem, Portuqaliya "Braqa"sından Qaleno və İtaliya "Milan"ından Yens Hauge iddia edir.

Yılmaz evdə Çexiyanın "Sparta" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Eykrem İrlandiya "Dandolk"una 3:1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qaleno Yunanıstanda AEK-i 4:2 hesabı ilə üstələdikləri qarşılaşmada qol vurub. Hauge isə evdə Şotlandiya "Seltik"ini 4:2 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol və 1 məhsuldar ötürmənin müəllifi olub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə