"Çelsi"nin hücumçusu Çempionlar Liqasının tarixinə düşdü

İngiltərənin "Çelsi" klubunun futbolçusu Olivye Jiru Çempionlar Liqasının tarixinə düşüb. SİA UEFA-nın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 34 yaşlı fransalı hücumçu turnirdə ən yaşlı poker edən oyunçu ünvanına sahib çıxıb.

Forvard qrup mərhələsinin V turunda İspaniyada "Sevilya"nı 4:0 hesabı ilə məğlub etdikləri matçda bütün qolların müəllifi olub.

Qeyd edək ki, Olivye Jiru 2018-ci ildən "Çelsi"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə