Ronaldu Çempionlar Liqasında Messinin rekordunu üstələdi

"Yuventus" UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında Kiyev "Dinamo"sunu qəbul edib. SİA xəbər verir ki, görüş Turində (İtaliya) "Alyans — Yuventus" stadionunda keçirilib və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turin klubunun qollarından birini 57-ci dəqiqədə hücumçu Kriştianu Ronaldu vurub. Portuqaliyalı bununla Çempionlar Liqasında özünün 71-ci ev qoluna imza atıb və həmin göstərici üzrə rekordçu, "Barselona"nın hücumçusu Lionel Messini ötüb. Dünənə qədər Messi aktivindəki 70 qolla birinci idi.

Bu, həmçinin Ronaldunun karyerasında 750-ci qolu olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...