Türkiyə Futbol Federasiyasının prezidentində koronavirus aşkarlanıb

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemirdə koronavirus aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.

Xəbərdə funksionerdən götürülmüş analiz nəticələrinin müsbət çıxdığı diqqətə çatdırılıb. Dərhal karantinə alınan Özdemirin müalicəsinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə