Türkiyə klubunun sabiq futbolçusu xəstəlikdən vəfat etdi

Türkiyənin "Rizespor" klubunun sabiq futbolçusu Məhəmməd Abarhun dünyasını dəyişib. SİA klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, mərakeşli müdafiəçi 31 yaşında vəfat edib.

Qeyd edək ki, Abarhun xərçəng xəstəliyindən müalicə alırdı. O, 7 dəfə Mərakeş yığmasının da formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə