"Formula 1": Lüis Hemiltonu əvəzləyəcək pilotun adı açıqlandı

Koronavrisa yoluxmuş "Mercedes" pilotu Lüis Hemiltonu "Formula 1" üzrə Saxir Qran-prisində əvəzləyəcək sürücünün adı açıqlanıb. SİA yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, bu, "Williams"ın sürücüsü Corc Rasseldir. Rassel "Mercedes" komandası üçün yarışacaq.

Onu "Williams"da "Formula 2"dəki ehtiyat sürücü Cek Eytken əvəzləyəcək.

Qeyd edək ki, Bəhreyndə keçiriləcək Saxir Qran-prisi 4 - 6 dekabrda olacaq

Bütün xəbərlər Facebook səhifəmizdə