"Qarabağ" "Makkabi" ilə matç üçün Türkiyəyə yola düşdü

"Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" komandası ilə matç üçün Türkiyəyə yola düşüb.

SİA-nın məlumatına görə, Ağdam təmsilçisi İstanbul şəhərinə yollanıb.

Komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün səfərdə yer almayıb. Bakı vaxtı ilə saat 16:30-da ölkə çempionunun mətbuat konfransı, 19:30-da isə komandanın son məşqçi baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə