“Universiada-2023”ün reqbi və atletika meydançalarının layihəsi hazırdır

Yekaterinburqda 2023-cü ildə keçiriləcək Ümumdünya Yay Universiadasının reqbi və atletika meydançalarının layihəsi hazırdır. SİA xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

İdman qurğuları “Atletlər kəndi”ndə inşa ediləcək. 230 min kvadrat metrdən çox ərazini əhatə edəcək “Atletlər kəndi”ndə Su İdmanı Sarayı, idmançılar üçün yataqxana və tibb məntəqəsi də yerləşəcək.

Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə