Dünya kuboku yarışlarının vaxtı bəlli oldu

Dünya kuboku yarışlarının vaxtı bəlli oldu

Beynəlxalq Triatlon Şurası gələn il keçiriləcək dünya kuboku yarışlarının vaxtını açıqlayıb. SİA xəbər verir ki, növbəti il 10 yarış təşkil olunacaq. Mövsümə martın 20-21-də Yaponiyanın Miyazaki şəhərində start veriləcək. Mövsümün sonuncu yarışı oktyabrın 30-31-də Tonqenqdə (Koreya Respublikası) keçiriləcək.

“Tokio-2020” Yay Olimpiya Oyunlarınadək 5 dünya kuboku yarışları baş tutub. Həmin yarışda idmançılar reytinq xalları qazanacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə