Ben Bitton: "Qələbənin davamını "Qarabağ"la görüşdə gətirəcəyik"

"Çempionatda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdik. Artıq Avropa Liqasının "Qarabağ"a qarşı vacib oyunu düşünürük".

SİA-nın məlumatına görə, bu fikirləri İsrailin "Makkabi" (Təl-Əviv) komandasının futbolçusu Ben Bitton klubun rəsmi saytına müsahibəsində deyib.

“Hapoel”lə matçda ikinci qolu vuran 29 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə görüşdə qələbənin davamını gətirmək istədiklərini söyləyib.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə