İspan futbolçusu Maradonanın xatirəsini anmaqdan imtina edib

İspaniyanın qadın futbolçusu Paula Dapena Argentina yığmasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonanın xatirəsini anmaqdan imtina edib.

SİA-nın məlumatına görə, bu barədə AS xəbər verir.

Qeyd edilir ki, hadisə "Viaxes İnterrias" və "Deportivo Abanka" komandaları arasındakı yoldaşlıq matçından əvvəl baş verib. Futbolçular Maradonanın xatirəsini anmaq üçün düzülüblər. Amma Dapena sükut dəqiqəsində iştirakdan nümayişkaranə imtina edib.

"Mən qəddarın və zülmkarın şərəfinə sükut dəqiqəsinə riayət etməkdən imtina etdim", - deyə Dapena öz hərəkətini izah edib.

Xatırladaq ki, Maradona 25 noyabrda vəfat edib. Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) özünün bütün assosiasiyalarına əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə