"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen klubu məhkəməyə verib

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen klubu məhkəməyə verib.

SİA xəbər verir ki, ispaniyalı mütəxəssis müqaviləsinin vaxtından əvvəl ləğvi üçün ona təzminat verilməməsindən narazıdır.

Setyen işdən çıxarıldıqdan sonra La Liqa təmsilçisinin öhdəliklərini yerinə yetirmədiyini və müqavilənin ləğvi üçün ona razılaşdırılmış təzminatı ödəmədiyini açıqlayıb.

Qeyd edək ki, Setyen avqustda "Barselona"dan ayrılıb. Onu Ronald Kuman əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə