İngiltərə klubunun futbolçusu başından əməliyyat olundu

İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Raul Ximenes kəllə sümüyü sınığı üzündən əməliyyat edilib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Premyer Liqanın X turunda "Arsenal"ı 2:1 hesabı ilə məğlub etdikləri matçda xəsarət alıb.

Meksikalı oyunçu rəqib futbolçu David Luislə toqquşub. Hadisədən sonra matç 10 dəqiqəlik dayanıb. Ximenes meydanı huşsuz vəziyyətdə, oksigen maskası taxaraq xərəkdə tərk edib.

Onun nə vaxt yaşıl meydanlara qayıdacağı açıqlanmayıb.

Qeyd edək ki, Raul Ximenes 2019-cu ildən "Vulverhempton"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...