İndianapolisdə "All Star" təşkil olunmayacaq

Koronavirus pandemiyası növbəti mövsüm Milli Basketbol Assosiasiyasında (MBA) “All Star” həftəsinin təşkil olunmasına mane ola bilər. Artıq plan əsasında nəhəng şouya evsahibliyi edəcək İndianapolis şəhəri bu tədbiri növbəti il təşkil etməkdən boyun qaçırıb. SİA xəbər verir ki, bu barədə MBA rəsmi açıqlama verib. Şounun “Bankers Life Fildhouse”da təşkil olunmamasının əsas səbəbi isə koronavirs pandemiyasıdır.

Amerika mətbuatına əsasən, şəhər meriyası fevralın 13-15-də keçirilməli olan tədbirin yüksək səviyyədə təşkil olunmasından narahatdır. Ona görə də MBA rəhbərliyi ilə vəziyyəti müzakirə edən indianapolislilər geri çəkilmək qərarına gəliblər. Əldə olunan razılığa əsasən, İndeanapolis 2024-cü ildə “All Star” şousuna ev sahibliyi edəcək. İndianapolislilərin geriyə çəkilməsinə baxmayaraq, növbəti mövsüm “All Star”ın təşkil edilib-edilməyəcəyi haqda heç bir məlumat yoxdur. Bu haqda qərarın yaxın günlərdə qəbul ediləcəyi ilə bağlı xəbərlər dolaşır.

Qeyd edək ki, “All Star” həftəsi sırf azarkeşlər üçün keçirilir. Arenalara azarkeş buraxılmasa, bu tədbiri təşkil etmək mənasını itirəcək.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...