“Vilyarreal” lider “Real Sosyedad” qarşılaşması heç-heçə başa çatıb

Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Vilyarreal” bu turda səfərdə lider “Real Sosyedad”la qarşılaşıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

“Barselona” evdə “Osasuna”nı darmadağın edib. “Xetafe” – “Atletik” matçında qalib müəyyənləşməyib. “Selta” isə “Qranada”nı məğlub yola salıb.

İspaniya La Liqası

11-ci tur

27 noyabr

Valyadolid – Levante 1:1

Qol: M.Andre, 57 – Kampana, 83-pen.

28 noyabr

Elçe – Kadis 1:1

Qol: Boye, 38 – Alvaro, 55.

Valensiya – Atletiko 0:1

Qol: Lato, 79-öz qapısına.

Hueska – Sevilya 0:1

Qol: En Nesiri, 83.

Real – Alaves 1:2

Qol: Kazemiro, 86 – L.Peres, 5-pen. Xoselu, 49.

29 noyabr

Barselona – Osasuna 4:0

Qol: Breytveyt, 29. Qrizmann, 42. Koutinyo, 57. Messi, 73.

Xetafe – Atletik 1:1

Qol: Anxel, 75 – Vilyalibre, 9.

Selta – Qranada 3:1

Qol: Nolito, 27. Baeza, 81. Beltran, 85 – Çarris, 25.

Real Sosyedad – Vilyarreal 1:1

Qol: Oyarzabal, 33 – Moreno, 6-pen.

30 noyabr

00:00 Betis – Eybar

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...