“Napoli”dən böyük hesablı qələbə, "Latsio"məğlub olub

Futbol üzrə İtaliya A Seriyasında 9-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü lider “Milan” doğma meydanda “Fiorentina”nı iki cavabsız qolla üstələyib.

Dörd qolun qeydə alındığı “Kalyari” – “Spetsiya” matçında qalib müəyyənləşməyibsə, “Bolonya” “Krotone”yə doğma meydanda minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Neapolda keçirilib. “Napoli” klubu doğma meydanda “Roma” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi bu oyunda böyük hesabla məğlub olub. Romanın digər təmsilçisi “Latsio” da evdə “Udineze”yə uduzub.

İtaliya A Seriyası

9-cu tur

29 noyabr

Latsio – Udineze 1:3

Qol: İmmobile, 74-pen – T.Arslan, 18. Pussetto, 45+3. Forestyeri, 71.

Milan – Fiorentina 2:0

Qol: Romanyoli, 17. Kessye, 28-pen.

Bolonya – Krotone 1:0

Qol: Soriano, 45+2.

Kalyari – Spetsiya 2:2

Qol: J.Pedro, 52. Pavoletti, 58 – Qyasi, 36. Nzola, 90+4-pen.

Napoli – Roma 4:0

Qol: İnsinye, 31. Ruis, 65. Mertens, 81. Politano, 87.

28 noyabr

Sassuolo – İnter 0:3

Qol: A.Sançes, 4. Kirikeş, 14-öz qapısına. Qalyardini, 60.

Benevento – Yuventus 1:1

Qol: Letizia, 45+3 – Morata, 21.

Atalanta – Verona 0:2

Qol: Veloso, 62-pen. Zakkayni, 83.

30 noyabr

21:30 Torino – Sampdoriya

23:45 Cenoa – Parma

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...