“Fənərbaxça” doğma meydanda “Beşiktaş”a uduzub

Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

Dörd qolun vurulduğu “Ərzurumspor” – “Antalyaspor” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” “Gənclərbirliyi”ni, “Alanyaspor” “Konyaspor”u məğlub yola salıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Mövsümə uğurlu start verən “Fənərbaxça” doğma meydanda “Beşiktaş”la qarşılaşıb. 7 qolun vurulduğu derbidə sevinən tərəf “qara qartallar” olub.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” “Göztəpə” ilə üz-üzə gələcək.

Türkiyə Super Liqası

10-cu tur

27 noyabr

Ankaragücü – Trabzonspor 0:1

Qol: Baker, 45+1.

28 noyabr

Qaziantep – Yeni Malatyaspor 2:2

Qol: Miralyas, 19. Kana, 74 – A.Büyük, 50. J.Topallı, 90+5.

Başakşəhər – Dənizlispor 3:3

Qol: Gulbrandsen, 11; 21. D.Ba, 59 – O.Özdemir, 62. Rodalleqa, 90+1. Muravski, 90+6-pen.

Rizəspor – Qalatasaray 0:4

Qol: Mbaye, 45+1; 52; 79. T.Antalyalı, 86.

29 noyabr

Ərzurumspor – Antalyaspor 2:2

Qol: Kanak, 29. Qomes, 85 – V.Sarı, 60. G.Bayrakdar, 65.

Kasımpaşa – Gənclərbirliyi 2:0

Qol: Hodziç, 16; 25.

Alanyaspor – Konyaspor 1:0

Qol: Babakar, 37.

Fənərbaxça – Beşiktaş 3:4

Qol: Sisse, 34. O.Tufan, 68; 90+7 – Abubakar, 4; 20. N.Uysal, 54. Nskala, 88.

30 noyabr

20:30 Kayserispor – Fatih Karagümrük

20:30 Sivasspor – Göztəpə

Bütün xəbərlər Facebook səhifəmizdə