Qurban Qurbanovda koronavirus aşkarlanıb

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

SİA xəbər verir ki, bunu onun köməkçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün "Səbail"lə keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib. O qeyd edib ki, Qurbanovun COVİD-lə bağlı ilk testi pozitiv çıxıb, səhhəti yaxşıdır

Məhz bu səbəbdən baş məşqçi bugünkü oyunda komandasının yanında olmayıb. O, ötən gün işğaldan azad olunmuş Ağdam səfərində də eyni səbəbdən iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə