"Formula-1" üzrə Bəhreyn mərhələsinin qalibi oldu

Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, yarışı birinci yerdə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub. Onun komanda yoldaşı finalandiyalı Valtteri Bottas ikinci yeri, "Red Bull" komandasının niderlandlı pilotur Maks Ferstappen isə üçüncü yeri tutub. Qeyd edək ki, "Formula-1" üzrə Bəhreyn Qran Prisinin əsas yarışı bu gün saat 18:10-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə