Yuventus” “Şalke”nin türk futbolçusunu transfer etmək niyyətindədir

Yuventus" "Şalke"nin futbolçusu Ozan Kabakı transfer etmək niyyətindədir. SİA "The Sun" nəşrinə istinadən xəbər verir ki, Turin klubu artıq 20 yaşlı müdafiəçi üçün danışıqlara başlayıb. Bundan əlavə, türkiyəli oyunçu ilə "Liverpul"un yaxından maraqlandığı, həmçinin "mersisaylılar"ın onu zədəli Vircil van Deyk və Co Qomezin əvəzləyicisi kimi gördüyü bildirilib. Qeyd edək ki, Kabak bu mövsüm "Şalke"nin heyətində 3 matç keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə