Rəşad Sadıqov: “Rəqib topa nəzarət edirdi, biz müdafiə olunurduq”

"Samir Abasovu təyinatı ilə bağlı təbrik edirəm. Onunla birlikdə futbol oynamışıq, həm də məşqçilik kurslarına qatılmışıq. Maraqlı oyun alındı, qol epizodları çox deyildi. Rəqib topa nəzarət edirdi, biz müdafiə olunurduq. Bəzən əksinə olurdu". SİA xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XI turunda səfərdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, son 10-15 dəqiqədə "Neftçi" üstün olub: "Bilirdik ki, rəqib qələbə qazanmaq istəyəcək. Komanda olaraq yaxşı müdafiə olunduq".

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə