"Green Rock" süni qayalığında idman qayayadırmanması üzrə FAIREX-in təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə açıq Azərbaycan çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, distansiyanın təşkili üçün Gürcüstandan mütəxəssislər dəvət olunub. Gürcüstan çempionatda güclü komanda ilə təmsil olunub. Yarış bir neçə mərhələdə keçirilib.
Təsnifat mərhələsindən sonra 20 idmançı1/8, ¼, ½ və finalda birinci yer uğrunda mübarizə aparmağı davam etdiriblər. Gürcü idmançılar heç kimə şans verməyiblər. Bir-birinin ardınca onlar yaxşı nəticələr göstəriblər və yalnız bizim bir-iki idmançı gürcülərə yaxınlaşa bilib. Kişilər arasında yarımfinala 4 gürcü çıxdıb və birinci 4 yeri bölüşdürüblər. Oxşar vəziyyət qadınlar arasında da olub, lakin burda Gürcüstandan 2 qadın idmançı olduğuna görə yerli idmançı qızlara öz aralarında üçüncü mükafat yeri uğrunda mübarizə aparmaq şansı olub. İki idmançı qız – Y.Maşkova (DİK) və K.Hüseynova (Climb Club) arasında çox gərgin mübarizə gedib. Çoxillik təcrübəsinə baxmayaraq təsnifat yarışmasında və dörddə bir finalda Könül Yananı hətta qabaqlayıb, yarımfinalda isə cəmi bir saniyə geri qalıb, finalda isə divardan qoparaq qələbəni rəqibinə "hədiyyə" edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB