Avstraliyada 2021-ci ildə ATP kuboku yarışı keçirilməyəcək

Avstraliyada 2021-ci ildə Peşəkar Tennisçilər Assosiasiyası (ATP) kuboku yarışı keçirilməyəcək. SİA xəbər verir ki, bu barədə “The Age” qəzeti məlumat yayıb.

Milli komandalar arasında keçirilən turnir “Böyük dəbilqə” seriyası mövsümünün ilk turnirinə - “Australian Open”ə hazırlıq xarakteri daşıyırdı.

“Australian Open”in iştirakçılarına ölkəyə gəldikdən sonra karantin dövründə məşq etməyə icazə veriləcək.

Yarış yanvarın 18-31-də keçiriləcək.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə