Üç qadın idman gimnastımız Avropa çempionatında mübarizə aparacaq

Dekabrın 17-dən 20-dək Türkiyənin Mersin şəhərində qadın idman gimnastları arasında 33-cü Avropa çempionatı keçiriləcək.

SİA xəbər verir ki, yarış iki – böyüklər və yeniyetmələr yaş kateqoriyası üzrə təşkil olunacaq.

Çempionatda böyüklərin yarışında ölkəmizi Marina Nekrasova və Samirə Qəhrəmanova təmsil edəcəklər. Yeniyetmələrin mübarizəsində isə Milana Minakovskaya medallar uğrunda yarışacaq.

Qeyd edək ki, Avropa çempionatında 20 ölkədən 120-dən artıq gimnast birincilik uğrunda gücünü sınayacaq.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə