Dieqo Maradonanın köməkçisi istefa verdi

Argentinanın "Ximnasiya və Esqrima" klubunda baş məşqçinin köməkçisi Sebastian Mendes istefa verib. "La Nacion" nəşri xəbər verir ki, mütəxəssis baş məşqçi Dieqo Maradonanın ölümündən sonra bu addımı atıb.

Mendes Maradona xəstəxanaya yerləşdirildikdən sonra baş məşqçi vəzifəsini icra edib. O, əfsanəvi futbolçunun ölümündən sonra komandadan ayrılmağa qərar verib. "Ximnasiya və Esqrima"ya müvəqqəti olaraq Mariano Messera rəhbərlik edəcək.

Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə