İbrahimoviç İsveç millisinin baş məşqçisi ilə müzakirələr aparır

İsveçli futbolçu Zlatan İbrahimoviç baş məşqçi Yanne Andersson ilə yığmanın heyətinə dönməsini müzakirə edib. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidmətindən bildiriblər.

YşAndersson bildirib: "Zlatan milli komandaya qayıtması barədə düşünürdü və mənim üçün onunla ən qısa müddətdə görüşüb hər şeyi müzakirə etmək vacib idi. Görüşün bu qədər tez bir zamanda təşkil olunmasından məmnunam. Görüş çox məhsuldar keçdi, biz dialoqu davam etdirmək barədə razılığa gəldik".

Qeyd edək ki, Z.İbrahimoviç 2016-cı ildə milli komandada karyerasını başa vurmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə